SON XƏBƏR

Rusiyadan ABŞ və İrana xəbərdarlıq

Avqust 17
10:41 2017
Rusiyanın BMT üzrə daimi təmsilçisi Vasili Nebenzia İran və ABŞ arasındakı nüvə razılaşmasının çox həssas məsələ olduğunu vurğulayıb və tərəfləri bu sazişi poza biləcək addımlardan çəkinməyə səsləyib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Nebenzia bu fikirləri BMT Təhlükəsizlik Şurasının Suriyadakı kimyəvi silahlarla bağlı qapalı görüşündən sonra jurnalistlərə açıqlama verərkən səsləndirib.
Qeyd edək ki, son günlərdə ABŞ-ın İrana tətbiq etdiyi sanksiya qərarından sonra İran prezidenti Həsən Ruhani ABŞ-ı nüvə sazişinin qərarlarına uymamaqda ittiham etmiş, bu razılaşmadan imtina üçün saatların lazım olduğunu demişdi. Bu açıqlama iki ölkə arasındakı gərginliyi pik həddə çatdırdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook