SON XƏBƏR

Rusiyada qanunvericiliyə “faktiki evlilik” anlayışı daxil ediləcək

Yanvar 22
13:00 2018
Rusiyada Dövlət Dumasına RF "Ailə Məcəlləsi”nə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi daxil olub.
 
Virtualaz.org TASS-a istinadən xəbər verir ki, sənəd olduğu kimi qəbul edilərsə, Rusiyada qanunvericilikdə "faktiki evlilik” anlayışı meydana gələcək.
 
Belə ki. 5 il ərzində bir yerdə yaşayan, yaxud iki il bir yerdə yaşayaraq birgə övlad sahibi olan, rəsmi nikahı olmayan cütlüklər "faktiki evli” hesab olunacaqlar.
 
Belə "faktiki evli”lər qanuni nikahda olanlarla eyni mükəlləfiyyətləri daşıyacaqlar. Məsələn, birgə yaşayış dövründə əldə olunmuş mülkiyyətə hər iki tərəf eyni dərəcədə sahiblik hüququ qazanacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook