SON XƏBƏR

Rusiyada Müslum Maqomayevin adına verilmiş küçənin və barelyefin açılışı oldu

Avqust 19
00:08 2017
Rusiyanin Tver vilayətinin Vışniy Voloçok şəhərində Müslüm Maqomayevin anadan olmasının 75 illiyi münasibətilə tədbir keçirilib.

Qlobal.az Azərtac-a istinadən xəbər verir ki, həmçinin dahi musiqiçinin adına verilmiş küçənin və barelyefin açılışı olub.

Əvəzsiz bariton, milyonlarla dinləyicinin qəlbini fəth edən, yüksək artistizm qabiliyyətinə malik və alicənab musiqiçi – Tver vilayətinin Vışniy Voloçek sakinləri dahi musiqiçi Müslüm Maqomayevi məhz belə xatırlayırlar. Musiqiçinin 75 illik yubileyinə həsr olunmuş tədbir Maqomayevin şəhərdəki ilk barelyefi önündə başlayıb.

Çıxışlarda vurğulanıb ki, bu şəhərdə Müslüm Maqomayevin uşaqlıq illər keçib. Musiqiçi anası Ayşet Kinjalova ilə bu şəhərə gəlib və bir müddət mərkəzi musiqi məktəbində Valentina Şulqinanın sinifdə musiqi təhsil alıb.

Çıxış edən Vışniy Voloçek şəhərinin meri Aleksandr Borisov qeyd edib ki, Müslüm Maqomayevlə həm Azərbaycan, həm də Rusiya fəxr edir, çünki əvəzsiz musiqiçi, hər iki ölkəni öz Vətəni sayırdı. O, öz yaradıcılığı, musiqisi fəaliyyəti ilə Azərbaycan və Rusiya əlaqələrinə xidmət edib. Vurğulanıb ki, Rusiyada Müslüm Maqomayevi çox sevirlər. Bu gün bütün televiziya kanallarında onun yubileyi ilə əlaqədar verilişlər yayımlanır və o, Rusiya mədəniyyətinin bir hissədir.

"Bizim üçün bu gün əlamətdar hadisədir. Biz bu gün dahi musiqiçi Müslüm Maqomyevin anadan olmasının 75 illiyi münasibətilə xatirəsini anırıq. Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi hələ bir neçə il bundan öncə reallaşıb. O zaman biz şəhərin müasir musiqi məktəbində musiqiçinin xatirə lövhəsinin açılışını qeyd etdik. Bu il isə Müslüm Maqomayevin 75 illik yubileyi çərçivəsində biz şəhər sakinlərinin istəyi ilə şəhər dumasına müraciətə ünvanlandıq və keçmiş Vajanova küçəsi artıq Müslüm Maqomayev küçəsi adlanır”, - deyə Aleksandr Borisov vurğulayıb.

Vışniy Voloçek şəhərində yaşayan azərbaycanlılar da bildirdiblər ki, Müslüm Maqomayev qeyri-adi insan idi. Onu canlı gördükləri və dinlədikləri üçün özlərini xoşbəxt sayan natiqlər vurğulayalar ki, Müslüm Maqomayevin bənzərsiz yaradıcılığı insanların qəlbində silinməz izlər qoyub. Dünyaca məşhur musiqiçinin Vişniy Voloçek şəhərində ev muzeyinin bərpasından da danışan həmvətənlərimiz bunun yaxın illərdə reallaşacağını vurğulayıblar.

Daha sonra Müslüm Maqomayevin barelyefi həkk olunan musiqi məktəbinin şagirdləri müğənninin mahnıların ifa ediblər.

Xatirə gecəsində çıxış edən musiqiçinin məktəb yoldaşları qeyd ediblər ki, Müslüm Maqomayevin səs tembrində sevgi, ləyaqət, düzgünlük, dostluq, mərdlik vardı. Ona görə də o, hər kəsin qəlbində yaşayır və daima bu sevgi yaşayacaqdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook