SON XƏBƏR

Rusiyada keçirilən prezident seçkilərində Putin qələbə qazanıb - Nəticələr hesablanır

Mart 19
00:15 2018
Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. 
 
APA-nın Moskva müxbirinin Rusiya MSK-da yaradılan İnformasiya Mərkəzindən verdiyi xəbərə görə, hazırda ölkə üzrə keçirilən səsvermədə bülletenlərin 33,24 faizi hesablanıb. İlkin nəticələrə görə, hazırki prezident Vladimir Putin 73,5 faiz səslə qalib gəlib.
 
İkinci yerdə isə Kommunist Partiyasının namizədi, Lenin adına Sovxozun direktoru Pavel Qrudinindir. O, seçicilərin 14,5 faizinin səsini toplaya bilib. Üçüncü yerdə 6,6 faiz səslə liberal demokrat Vladimir Jirinovski, dördüncü yerdə 1,4 faiz səslə Kseniya Sobçak qərarlaşıb.
 
Digər namizədlər Sergey Baburin, Qriqori Yavlinski, Boris Titov və Maksim Suraykin 1 faizdən az səs toplaya biliblər.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook