SON XƏBƏR

Rusiyada giriş vizasının yeni növü təsdiq olunub

Noyabr 22
16:00 2017
Rusiya hökuməti ölkəyə daxil olmaq üçün yeni növ vizanı - müvəqqəti yaşamaq icazəsi almaq üçün vizanı təsdiqləyib.
 
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin saytında məlumat verilib.
 
"Adi viza" kateqoriyası yeni növ viza - Rusiyada müvəqqəti yaşamaq icazəsi almaq üçün Rusiyaya daxil olmaq üçün viza ilə genişləndirilib", - məlumatda deyilir.
 
Belə vizalar Rusiya Xarici Daxili Nazirliyinin ərazi orqanının bu xarici vətəndaşa müvəqqəti yaşamaq icazəsi verilməsi barədə qərarı olacağı təqdirdə diplomatik nümayəndəlik və ya konsulluq qurumları tərəfindən veriləcək.
 
Qeyd edilib ki, bu cür vizalar yalnız birdəfəlik ola bilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook