SON XƏBƏR

Rusiyada FTX-nın binasına silahlı hücum

Aprel 21
16:10 2017
Rusiyanın Xabarovsk Diyarında Federal Təhlükəsizlik Xidmətinin (FTX) binasına silahlı hücum olub.
 
"Report” xəbər verir ki, qurumun qəbul otağına edilən hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
 
Ölənlərdən biri FTX-nın əməkdaşı, digəri isə həmin vaxt binada olan mülki şəxsdir. Ölənlərədn birinin və yaralanan şəxsin MDB ölkələrindən birinin vətəndaşı olduğu bildirilib. Amma həmin ölkənin adı açıqlanmayıb.
 
Məlumata görə, binaya hücum edən şəxs məhv edilib.
 
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparırlar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook