SON XƏBƏR

Rusiyada böyük mitinqlər başlayır: 200 şəhər

May 30
00:31 2017
Rusiyalı müxalif blogger Aleksey Navalnının tərəfdarları Rusiyanın 200 şəhərində etiraz aksiyalarına hazırlaşırlar.

Korrupsiyaya qarşı keçiriləcək aksiyalar 12 iyunda baş tutacaq.

Etiraz aksiyaları "Cavab tələb edirik” şüarı ilə keçiriləcək. Artıq etirazçılar hökumət dairələrinə mitinqlərin keçiriləcəyi ilə bağlı müraciətlər göndərməyə başlayıblar.

Qeyd edək ki, bundan öncə Navalnının rəhbərliyi altında Rusiya Baş naziri Dmitri Medvedyevə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilmişdi. Etiraz aksiyaları "O sizin üçün Dimon deyil” şüarı ilə baş tutmuşdu.

Bütün Rusiyanı əhatə edən aksiyalarda minlərlə etirazçı həbs edilmişdi/Axar.az.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook