SON XƏBƏR

Rusiya yubiley paradını təxirə saldı

Aprel 17
14:59 2020
Rusiya Prezidenti Vladimir Putin SSRİ-nin İkinci Dünya Müharibəsində qələbə qazanmasının 75-ci ildönümü münasibətilə keçiriləcək mərasimin təxirə salındığını elan edib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb dünyada, cümlədən Rusiyada koronavirus pandemiyasının yayılmasıdır.

Qeyd edək ki, mayın 9-da Moskvada böyük parad keçirilməsi planlaşdırılırdı. Mərasimdə bir sıra ölkə liderlərini, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı gözlənilirdi.
 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook