“Rusiya yalvarmayacaq” – Lavrov
Noyabr 08
14:10
2019
"Rusiya NATO ilə dialoq üçün yalvarmayacaq. Lakin Moskva bu dialoqun davam etməsinin tərəfdarıdır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.
"Əlbəttə ki, biz NATO ilə normal dialoqun olmasını istəyərdik. Bizim günahımız olmadan, demək olar ki, bütün əməkdaşlıq formaları dondurulub. Hərbçilərin xətti ilə dialoqun kəsilməsi də bizim günahımız deyil. NATO-nun Brüsseldə Şimali Atlantika Alyansındakı Rusiya nümayəndə heyətinə qarşı tədbirlər görməsinin təşəbbüskarı da biz deyilik.