SON XƏBƏR

Rusiya XİN başçısı: "Suriya ilə bağlı ən kiçik səhv yeni köç dalğasına səbəb ola bilər"

Aprel 13
15:58 2018
"Suriya ilə bağlı danışıqlara ultimatum və təhdidlə yardım edilmir”.
 
"Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada hollandiyalı həmkarı Stef Blokla keçirdiyi birgə mətbuat konfransında ABŞ prezidenti Donald Trampın Suriyada ehtimal olunan hərbi əməliyyatla bağlı fikrinə münasibət bildirərkən deyib.
 
"Suriya ilə bağlı ən kiçik səhv yeni köç dalğasına səbəb ola bilər. Bu, Suriyada da Liviyada olduğu kimi, avantüraya yol açar. İndi heç kim bu avantüraya getməz”, - S.Lavrov vurğulayıb



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook