SON XƏBƏR

Rusiya XİN: “ABŞ birdəfəlik anlamalıdır ki, sanksiyalar işləmir”

Dekabr 10
15:10 2017
Vaşinqtonda anlamalıdırlar ki, Orta və kişik mənzilli raketlərin ləğvi müqaviləsindən çıxmaq barədə danışmaqla onlar üzərlərinə hansı məsuliyyəti götürürlər.
 
Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, bunu Rusiya XİN-dən bildiriblər.
 
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun sözlərinə görə, müqavilənin pozulması ilə bağlı Rusiyanın ünvanına səslənən ittihamlar heç bir fakta söykənməyən sözlərdən başqa bir şey deyil. O qeyd edib ki. "ABŞ-da prezident seçkilərinə müdaxilə” məsələsində olduğu kimi, bu məsələdə də hər hansı sübut ortaya qoyulmayıb.
 
Ryabkov vurğulayıb ki, Rusiua öz tərəfindən həmin müqavilənin tələblərini yerinə yetirməkdədir, lakin qarşı tərəf buna riayət etməsə, cavab özünü ləngitməyəcək.
"Amerikalı siyasətçilər və diplomatlar artıq anlamalıdırlar ki, Rusiyaya iqtisadi və hərbi təzyiqin heç bir mənası yoxdur, bu işləmir”, - Ryabkov bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook