SON XƏBƏR

“Rusiya Xersona hücum edə bilər” – Kəşfiyyat rəhbəri

Yanvar 05
00:21 2021
Rusiyanın Ukraynanın Xerson bölgəsinə hücum ehtimalı hələ də yüksəkdir.

Bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Bu barədə danışan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Valeri Kondratyuk Rusiyanın Ukraynaya yönəlik strateji hədəflərinin dəyişmədiyini söyləyib:

"Rusiya yarımadadakı su problemi səbəbindən Şimali Krım kanalına nəzarəti ələ keçirmək üçün Xersona hücum edə bilər”.

Kondratyuk bildirib ki, işğaldan öncə Krımın şirin su ehtiyatının 85 faizi Xerson bölgəsindən təmin olunurdu.

Qeyd edək ki, bu gün yayılan digər məlumata əsasən, Ukrayna Xarkov, Dnepropetrovsk, Odessa, Zaporojets, Nikolayevsk, Xerson vilayətlərinin itirilməsi təhdidi ilə üz-üzədir. (axar.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook