SON XƏBƏR

Rusiya və ABŞ maliyyə nazirləri sanksiyaları müzakirə ediblər- Toplantı

Aprel 21
10:51 2018
Rusiya və ABŞ-ın maliyyə nazirləri sanksiyaları müzakirə ediblər.

Azərtac RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiyanın maliyyə naziri Anton Siluanov Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankının idarələrinin rəhbərlərinin yaz sessiyası çərçivəsində ABŞ-lı həmkarı Stiven Mnuçin ilə görüşüb. Görüşdə Rusiyaya tətbiq olunmuş sanksiyalar barədə müzakirələr aparılıb.

ABŞ Maliyyə Nazirliyindən bildirilib ki, görüş Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub və nazirlər Şimali Koreya, Suriya və Ukrayna ilə bağlı məsələlər haqqında fikir mübadiləsi aparıblar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook