SON XƏBƏR

Rusiya: “Çurkinin ölüm səbəbi mətbuata sızdırılıb"

Fevral 23
00:37 2017
Moskva Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinin ölümünün səbəbinin araşdırılması barədə mətbuata sızan məlumatlardan çaşqındır.
 
Virtualaz.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. O qeyd edib ki, Moskva Vaşinqtonu bu cür informasiyanı yalnız rəsmi kanallarla verməyə çağırır.
 
"Dünən axşam çaşqınlıqla rusiyalı diplomatın öümünün səbəbinin ekspertizası ilə bağlı ABŞ KİV-lərinə məlumat sıdığını bildik”, deyə Zaxarova bildirib. Bundan əvvəl verilən məlumatlara görə, tibbi ekspertlər Çurkinin cəsədinin açılmasından sonra əlavə tədqiqata ehtiyac olduğunu bildiriblər.
 
Qeyd edək ki, Rusiyanın BMT-ki daimi elçisi Vitali Çurkin fevralın 20-də Nyu-Yorkda vəfat edib. İlkin məlumatlara görə ölümün səbəbi qəfil ürək tutmasıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook