SON XƏBƏR

Rusiya üçün yeni paytaxt şəhəri təklif olundu

Avqust 21
09:27 2017
Rusiyanın "Vahid Rusiya” partiyası Yekaterinburqun ölkənin yeni paytaxtı olmasını təklif edib. 

Qlobal.az-ın oxu.az-a istinadən məlumatına görə, bu barədə Facebook səhifəsində partiyanın Ali Şurasının üzvü Dmitriy Orlov deyib. 
 
"Moskva Rusiyanın coğrafi mərkəzindən çox uzaq yerləşir. Onun inkişafı isə Moskva aqlomerasiyasının hipertrofiyasına gətirib çıxarır. Bu iki arqument paytaxtın Moskvadan Ural, qərbi Sibir və ya Povoljyeyə köçürülməsi barədə müzakirələri başlamağa kifayətdir”, - Orlov yazıb.  
 
Onun qənaətinə görə, Yekaterinburq şəhəri məsələnin "ən adekvat həllidir”. O əlavə edib ki, paytaxt funksiyaların bir hissəsini digər şəhərlərə də vermək olar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook