SON XƏBƏR

Rusiya, Türkiyə və İrandan İdlib razılaşması

Sentyabr 15
14:12 2017
Rusiya, Türkiyə və İran Suriyada atəşkəs bölgələri yaratmaq barədə razılığa gəliblər.
 
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada keçirilən görüşdə tərəflər İdlib şəhərində atəşkəs bölgəsi yaratmaq barədə qərar qəbul ediblər.
 
Daha əvvəl Cənubi Quta, Dera və Humus bölgəsi barədə razılıq əldə edilmişdi. 
 
Qeyd edək ki, İdlib müharibənin davam etdiyi əsas bölgələrdəndir. Qərara əsasən tərəflərin hərbi qüvvələri əraziyə yerləşdiriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook