SON XƏBƏR

Rusiya Suriyadakı Hmeymim bazasından aviaqruplaşmalarının yarısını çıxarıb

Aprel 26
20:30 2017
Rusiya əvvəlcədən Suriyadakı Hmeymim bazasında yerləşən aviaqruplaşmalarının təxminən yarısını çıxarıb.
 
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-polkovnik Sergey Rudskoy VI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında bildirib.
 
Onun sözlərinə görə, ölkədə terror qruplaşmalarının sayı azaldığından hərbçilər təyyarələrin sayını azaltmağı mümkün hesab edib.
 
S.Rudskoy deyib ki, Suriyada hərbi əməliyyatların başlamasından bu yana Rusiyanın Hava-Kosmik Qüvvələri 23 mindən çox hərbi uçuş həyata keçirib və yaraqlıların mövqelərinə 77 minə yaxın aviazərbə endirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook