SON XƏBƏR

Rusiya sualtı qayıqları istənilən hədəfi vurmağa qadirdir - Ramzan Kadırov

İyul 31
11:45 2017
Çeçenistan rəhbəri Ramzan Kadırov Hərbi-Dəniz Donanması Günü münasibətilə təbrikində Rusiya sualtı qayıqlarının lazım olacağı halda "dünyanın bütün okeanlarının istənilən nöqtəsindən istənilən hədəfi vurmağa” hazır olduğunu bildirib.

Bu barədə SalamNews RİA "Novosti”yə istinadla xəbər verir.

"Bu, ilin istənilən vaxtında və istənilən havada Dünya okeanında çətin xidmət göstərən minlərlə cəsur matros, miçman, zabitin bayramıdır.

Bu gün bizim donanmamız təkcə doğma sahillər yaxınlığında və doğma bazalarda deyil, həm də Aralıq dənizindədir və Suriyada İblis dövlətə (İŞİD terror təşkilatı) qarşı əməliyyatın gedişinə nəzərəçarpacaq təsir göstərir.", - R.Kadırov belə deyib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook