SON XƏBƏR

Rusiya SSRİ-də doğulan hər kəsə qapı açdı

Mart 14
02:31 2017
SSRİ-də doğulan hər kəs Rusiya vətəndaşlığı ala biləcək.
 
Axar.az "Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, artıq Rusiya Dumasının Millətlərlə İşlər üzrə Komitəsi rus dilini bilən şəxslər üçün Rusiya vətəndaşlığının alınmasının asanlaşdırılması haqqında qanun layihəsini təsdiq edib. Sənəddə Rusiya "Federasiyası vətəndaşlığı haqqında” və "Xarici vətəndaşların Rusiyadakı hüquqi vəziyyəti haqqında” qanunlara düzəliş edilməsi təklif olunur. Millət vəkilləri rus dili daşıyıcıları kateqoriyasına keçmiş Rusiya İmperiyası və ya SSRİ ərazisində anadan olanları, həmçinin Rusiyada anadan olan şəxslərlə birinci dərəcəli qohumluğu olanları aid edəcəklər. Bu şəxslər Rusiya ərazisində başqa ölkənin vətəndaşlığından imtina etməklə bağlı sənədə imza atmadan daimi şəkildə yaşaya biləcəklər.
 
Qeyd edək ki, bu qanun layihəsini Dumanın MDB İşləri üzrə Komitənin sədr müavini Konstantin Zatulin hazırlayıb. Qanun layihəsinin, tezliklə, Dumada səsverməyə çıxarılacağı gözlənilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook