SON XƏBƏR

Rusiya səfirinin qətlinə FETÖ fərman verib – Ankara Baş Prokurorluğu

İyun 12
14:37 2017
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı yeni məlumatlar üzə çıxıb

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ankara Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, səfirin ölüm əmrini fətullahçı terror təşkilatının (FETÖ) 5 imamı verib. Onların Şimali Kipr Türk Cumhuriyyətində yaşadığı açıqlanıb. Məlumatlara görə, qatil Mövlud Murad Altıntaş olayı törətməzdən öncə həmin şəxslərlə əlaqə saxlayıb.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada iştirak etdiyi sərgilərdən birində hücuma məruz qalıb və öldürülüb.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook