SON XƏBƏR

Rusiya səfiri: "Prezidentlərin görüşləri münasibətlərimizin inkişafına təkan verir"

Oktyabr 11
16:03 2018
"Azərbaycan və Rusiya prezidentlərinin görüşləri münasibətlərimizin bütün sahələrdə inkişafına təkan verir".
 
"Report" bildirir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirilən mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, bu il Azərbaycan və Rusiya prezidentləri arasında dörd görüşün keçirilməsi önəmli əhəmiyyət daşıyır və bu, iki ölkə arasındakı əlaqələrdə mehriban mühitin inkişafına böyük təkan verir.
 
Diplomat həmçinin qeyd edib ki, belə güclü əməkdaşlıq prezidentlərin iradəsi və onların dostluq münasibətləri sayəsində formalaşır: "Bu isə əməkdaşlığımızın bütün sahələrində təsirini göstərir".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook