SON XƏBƏR

Rusiya "Poseydon" pilotsuz sualtı aparatların sınağına başladı

İyul 19
12:15 2018
Rusiya Müdafiə Nazirliyi poliqonlarında "Poseydon" adlı pilotsuz sualtı aparatların sınağına başlayıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin müvafiq hərbi idarəsindən bildiriblər.

Məlumata görə, "Poseydon" çoxməqsədli okean sistemi olmaqla rəqibin aviadaşıyıcılarına qarşı mübarizə aparmaq və qitələrarası uzaqlıqda sahil obyektlərini məhv etməyə qadirdir.

Bildirilir ki, "Poseydon"un əsas özəlliyi isə odur ki, rəqibin əks tədbirləri qarşısında praktiki olaraq 100 faiz mükəmməl müdafiədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook