SON XƏBƏR

Rusiya ordusunun generalı həlak oldu - Suriyada ağır döyüş

Sentyabr 25
00:07 2017
Rusiya Silahlı Qüvvələrinin generalı Suriyada həlak olub.
 
Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
 
Açıqlamada bildirilir ki, general-leytenant Valeriy Asapov  minaatanlardan açılan atəş nəticəsində həlak olub. Deyr əz-Zor şəhərinin İŞİD-dən azad olunması əməliyyatında iştirak edən rusiyalı general hərbi müşavirlər qrupuna rəhbərlik edib.
 
V.Asapov komandanlıq tərəfindən ali dövlət mükafatına təqdim olunub/APA.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook