SON XƏBƏR

Rusiya ordusu Ermənistanda dronlardan istifadə etməklə təlim keçirir

İyul 16
12:32 2018
Rusiyanın Ermənistandakı hərbi bazasının motoatıcıları "Alagöz" yüksək dağlıq poliqonunda pilotsuz uçan aparatların hesablamaları ilə qarşılıqlı fəaliyyət üzrə təlimlərə başlayıb.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Bildirilir ki, hərbi bazanın bölmələri dronlardan istifadə etməklə kəşfiyyat aparılmasında bacarıqlarını təkmilləşdirir, alınmış məlumatlarla qırıcı və ordu aviasiyasının dəstəyi ilə hədəfi koordinatlar üzrə bütün növ atıcı silahlardan məhv edir.

Qeyd olunur ki, manevrlər bir həftə davam edəcək, təlimlərə, təxminən, 2 min hərbçi və 300 ədəd hərbi texnika, o cümlədən pilotsuz, qırıcı və ordu aviasiyası cəlb olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook