SON XƏBƏR

Rusiya Mərkəzi Bankı vəziyyətlə bağlı təcili açıqlama yaydı

Mart 09
12:46 2020
Rusiya Mərkəzi Bankı valyuta və əmtəə bazarlarının vəziyyəti ilə əlaqədar təcili açıqlama yayıb.

Qaynarinfo xəbər verir ki, neft qiymətlərinin kəskin - 30 faiz azalması səbəbindən (Brent gün ərzində 45 dollardan 31-34 dollara düşüb) Mərkəzi Bank büdcə qaydasına əsasən, 30 gün ərzində daxili bazarda valyuta almamaq qərarına gəlib.

Mərkəzi Bank maliyyə sabitliyini qorumaq üçün əlavə vasitələrdən də istifadə etməyə hazır olduğunu bəyan edib.

Bu arada Rusiya Maliyyə Nazirliyi də ümidləndirici bir mesaj yayıb. Mesajda deyilir ki, Rusiya Milli Rifah Fondunun ehtiyat vasitələri Rusiya büdcəsinin 6-10 il ərzində neftin qiymətinin 25-30 dollar/barelə düşməsindən yaranacaq kəsirlərini bağlamaq üçün kifayətdir. Eyni zamanda nazirlik neftin ucuzlaşması səbəbindən itirilən büdcə gəlirlərini kompensasiya etmək üçün valyutaları bazara satmaq fikrindədir.

Hökümətin fikrincə, məzənnənin hər 1 rubl üçün 65,7 rubl proqnozundan sapması 2020-ci ilin neft və qaz büdcəsi gəlirlərinin 70 milyard rubla dəyişməsinə səbəb olur.

Bununla yanaşı, investisiya bankı "Goldman Sachs” (ABŞ) Brentin bir barreli üçün 20 dollara qədər ucuzlaşacağını da istisna etməyib. "Hesab edirik ki, OPEK və Rusiya bu həftə sonu qiymət müharibəsinə başlayıb", - "Bloomberg”in verdiyi məlumatda deyilir.

"Goldman Sachs” qeyd edib ki, neft bazarına dair proqnoz 2014-cü ilə nisbətən daha da pisdir, çünki neftə tələb koronavirusla bağlı yaranan vəziyyətə görə azalır.

Bu günə qədər Rusiyanın büdcəsi bir barelinin qiyməti Brentdən bir qədər az olan "Urals” markalı neft üçün 42,2 dollar səviyyəsində balanslaşdırılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook