SON XƏBƏR

Rusiya koronavirusla mübarizə üçün Azərbaycana mütəxəssislər göndərəcək

İyul 10
04:58 2020
Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib ki, yeni koronavirus infeksiyası ilə mübarizədə yerli mütəxəssislərin təcrübəsi, həmçinin pasiyentlərə yardım ölkədən xaricdə də çox tələb olunur.

Bu barədə "Report" "Rusiya-24" telekanalına istinadən xəbər verir.
 
Nazir qeyd edib ki, xüsusi halda, Rusiya həkimləri artıq italiyalı, qırğız həmkarlarına virusla mübarizə aparmağa kömək ediblər. Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycana da səfər planlaşdırılır.

"Hər gün biz bir sıra ölkələrdən müraciətlər alırıq, hansılar ki, həm metodiki, həm də praktik kömək kimi göstərmək üçün mütəxəssislərimizi göndərməyimizi xahiş edirlər və biz kömək edirik. Bu gün artıq mütəxəssislər İtaliyada işləyirlər, Qırğızıstandan qayıtdılar, indi Qazaxıstanda işləyirlər. Mütəxəssislərin Azərbaycana getməsi planlaşdırılır.

Əlbəttə biz xüsusilə yaxın dostlara hərtərəfli yardım göstəririk", - deyə o, "Rusiya-24” telekanalına müsahibəsində deyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook