SON XƏBƏR

Rusiya ilə Türkiyə arasında hərbi texnika satışı ilə bağlı müqavilə

Avqust 23
15:06 2017
Rusiya ilə Türkiyə arasında növbəti razılaşma imzalanıb.
 
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın istehsal etdiyi S-400 havadan müdafiə sisteminin Türkiyəyə satışı barədə müqavilə imzalanıb.
 
Məlumatın ixracatçı firma tərəfindən verildiyi deyilir.
 
"Rosoboronexport" adlı silah istehsal edən şirkətin direktoru Aleksandr Mixeyev isə bildirib ki, iki ölkə arasında ixrac məsələsi ilə bağlı danışıqlar davam edir, müqavilə imzalanmaq üzrədir, lakin hələ imzalar atılmayıb. 
 
Qeyd edək ki, Türkiyənin sabiq müdafiə naziri Fikri İşıq bir müddət əvvəl bu məsələ barədə danışıqların nəticələnmək üzrə olduğunu demişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook