SON XƏBƏR

Rusiya hərbi cinayətlərdə günahlandırıldı

Oktyabr 04
00:01 2016
Fransa Xarici İşlər Nazirliyinin başçısı Jan-Mark Eyro Rusiyanın Suriya üzrə mövqeyini "ikiüzlü” adlandırıb. Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bu bəyanatı o, Fransanın "TV5 Monde” telekanalının efirində verib.

"Mən Rusiyanı konstruktiv mövqe tutmağa çağırıram, - Eyro deyib. – BMT TŞ-nin bütün üzvlərinin Hələbdəki vəziyyət üzrə bəyannamənin lehinə səs verməsi zəruridir. Xəstəxanalara endirilən zərbələr hərbi cinayətdir. Rusiya bu məsuliyyəti daşımağa hazırdır?”

"Rusiya Hələbdəki zərbələrinin effektivliyindən danışır, onların terrorçulara endirildiyini bildirir, - Fransanın xarici işlər naziri davam edib. – Lakin hadisə yerindən dəhşətli kadrlar gəlməkdədir. Söhbət mülki şəxslərdən gedir. Bu ikiüzlülüyə son qoymaq lazımdır”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook