SON XƏBƏR

Rusiya helikopterinin vurulma anı - Video

Noyabr 04
13:04 2016
Sosial şəbəkələrdə Suriyada humanitar missiyanı yerinə yetirən Rusiya helikopterinin vurulmasını əks etdirən video yayılıb.
 
Axar.az xəbər verir ki, video qaynar nöqtələrdən xəbərlər hazırlayan "VarNevs24_7” adlı Tvitter səhifəsində paylaşılıb.
 
Videoda qeyd olunur ki, helikopter Xüms əyalətində idarəolunan raketlə İŞİD-çilər tərəfindən vurulub.
 
Kadrlarda iki helikopter görüntülənir. Onlardan biri havaya qalxır, yerdəki helikopter isə raketlə vurulur. Partlayışdan sonra yanan helikopterdən qalın tüstü qalxır.
 
Rusiya Müdafiə Nazirliyi isə Hərbi Kosmik Qüvvələrə aid helikopterin Palmiranın 40 kilometrliyindəki yaşayış məskənlərinin birinə humanitar yardım çatdırmaq üçün planlı uçuş apardığını bildirib. Qeyd olunub ki, helikopter yerdə olarkən minaatanların atəşinə məruz qalıb, xəsarət alan olmayıb. 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook