SON XƏBƏR

Rusiya hakimiyyət dəyişikliyi üçün... – Məxfi sənəd kəşfiyyatın ƏLİNƏ KEÇDİ

Mart 24
14:46 2017
Rusiya Bolqarıstanda Sosialist Partiyasının (BSP) prezident seçkilərində qələbəsi üçün strateji proqram hazırlayıb.
 
Məxfi sənəd haqqında Bolqarıstanın hökumət nümayəndələrinə istinadən ABŞ-ın "Wall Street Journal" qəzeti bildirib.
 
Nəşrin məlumatına görə, 30 səhifəlik sənədi xarici kəşfiyyat xidmətinin keçmiş əməkdaşı və "İkibaşlı qartal" cəmiyyətinin başçısı Leonid Reşetnikov bolqar sosialistlərinin rəhbərliyinə verib. Məxfi sənəd Bolqarıstan Dövlət Təhlükəsizlik Komitəsinin əlinə keçib və onu hökumətin bir neçə üzvü arasında yayıb.
 
Sənəddə BSP liderlərinə məsləhət görülüb ki, əhalinin sosialistlərə dəstəyini şişirdən gündəlik sosioloji sorğular keçirsin, həmçinin rusiyayönlü KİV-də partiyanın namizədləri haqqında pozitiv materiallar dərc etsin.
 
Reşetnikovun özü bildirib ki, avqustda sosialistlərin lideri Korneliya Ninovoyla Sofiyada görüşüb. Amma o, hər hansı sənədin çatdırılması haqqında informasiyanı təkzib edib. Onun sözlərinə görə, məxfi sənəd haqqında informasiyanı yayanlar Bolqarıstan və Rusiya arasında münasibətlərin soyumasına nail olmaq istəyirlər.
 
Xatırladaq ki, Bolqarıstan Sosialist Partiyasının üzvü, Hərbi Hava Qüvvələrinin sabiq komandanı Rumen Radev 2016-cı il noyabrda keçirilən prezident seçkilərində qalib gəlib. Ölkənin sabiq prezidenti Rosen Plevneliev bildirib ki, Rusiyanın seçki prosesinə müdaxiləsi haqqında sübutları var. O həmçinin yeni dövlət başçısını Moskva ilə münasibətlərdə daha diqqətli olmağa çağırıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook