SON XƏBƏR

Rusiya Ermənistana 18 Su-30SM qırıcısı göndərir

Aprel 23
10:04 2019
Rusiya Ermənistandakı aviabazasındakı bütün MiQ-29 qırıcılarını 4++ nəsil Su-30SM qırıcıları ilə əvəzləyəcək. Virtualaz.org xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyindəki mənbə TASS-a bildirib.

Məlumata əsasən Yerevan yaxınlığındakı Erebuni aerodromunda dislokasiya olunan və 102-ci hərbi bazaya tabe olan 18 MiQ-29 qırıcıları yaxın zamanlarda  iki mərhələdə Su-30SM qırıcıları ilə əvəzlənəcək. Təyyarələrin əvəzlənməsi ona görə iki mərhələdə baş verəcək ki, təyyarəçilər qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsini dayandırmasınlar və yeni nəsil qırıcılarda uçmağı öyrənsinlər.

Xatırladaq ki, bundan əvvəl Rusiya Ermənistana güzəştli qiymətə 4 Su-30SM qırıcısı satacağı məlum olmuşdu. Bu təyyarələr 2020-ci ildə Ermənistana çatdırılacaq.
 
Ermənistan gələcəkdə daha 8 belə qırıcı almağı planlaşdırır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook