SON XƏBƏR

Rusiya ekstremist təşkilatlara qatılan şəxslərin vətəndaşlığını ləğv edə bilər

Aprel 12
11:09 2017
Rusiya hökuməti ekstremist təşkilatların sıralarına qoşulan rusiyalıların ölkə vətəndaşlığından çıxarılması üçün bir yol tapacaq.
 
"Report" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin "MİR-24" teleşirkətinə verdiyi müsahibədə bildirib.
 
"Rusiya Konstitusiyasına uyğun olaraq, biz heç kimi vətəndaşlıqdan məhrum edə bilmərik. Amma Rusiya vətəndaşlığı almaq üçün əsas olan müvafiq qərarları ləğv edə bilərik. Hüquqşünaslarla məsləhətləşmələr aparacağıq və məncə, ən yaxın zamanda belə qərarlar qəbul ediləcək", - deyə V.Putin vurğulayıb.
 
Qeyd edək ki, daha əvvəl Qazaxıstan prezidenti Nursultan Nazarbayev İŞİD terror qruplaşmasının sıralarına qoşulmuş qazaxların Qazaxıstan vətəndaşlığından məhrum olunmasını təklif edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook