SON XƏBƏR

Rusiya Azərbaycana “İsgəndər” satır

Yanvar 24
13:43 2017
Rusiya Azərbaycana "İsgəndər” raket kompleksini sata bilər.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Hrant Məlik-Şahnazaryan deyib.

"Bu məsələdə Rusiya da maraqlıdır. Bu baxımdan, "İsgəndər” raket kompleksinin Azərbaycana verilməsi istisna deyil”, - Məlik-Şahnazaryan bildirib.

Erməni politoloq Rusiyanın müttəfiqi olan Ermənistanın maraqlarına qarşı çıxış etdiyini bildirib.

Qeyd edək ki, ötən ilin 21 sentyabr tarixində Ermənistan hərbi paradda "İsgəndər” raketlərini nümayiş etdirdi. Lakin sonradan məlum oldu ki, bu raketlər Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına məxsusdur və Ermənistan ordusuna verilməyib. 102-ci bazada xidmət keçən rus əsgərləri Aleksandr Kruqlov və Oleq Vladimiroviç tərəfindən həmin vaxt sosial şəbəkələrdə paylaşılan fotolarda bu, öz əksini tapırdı.

Bununla yanaşı, İrəvan nümayiş etdirdiyi raket kompleksinin 500 kilometr hədəfi 100 faiz dəqiqlikdə vura bilən "İsgəndər-M” raketi olduğunu iddia edirdi. Amma silah satışı ilə bağlı beynəlxalq qanunvericilikdə 300 kilometr məsafəni vura bilən raketlərin satışı zamanı mütləq BMT-yə məlumat verilməlidir. Rusiyanın bunu etməməsi bir daha təsdiqləyirdi ki, Ermənistanda nümayiş olunan raketlər "İsgəndər-M” yox, "İsgəndər-E” raketləridir və bu raketlər Ermənistan ordusuna yox, Rusiya hərbi bazasına məxsusdur.

Rusiyanın öz raketlərini Ermənistanın hərbi paradında nümayiş etdirməsinin siyasi hədəfləri var idi.

Xatırladaq ki, hərbi paradda "İsgəndər” raketlərini nümayiş etdirən Ermənistan hakimiyyəti "Azərbaycanla hərbi balans yaradıldı, ordumuz daha güclüdür” kimi nağıllarla erməni ictimaiyyətini aldatmağa çalışırdı. Xüsusilə aprel məğlubiyyətindən sonra onların buna ehtiyacı var idi. Lakin Azərbaycan Rusiyadan "İsgəndər” raketlərini alarsa, Sarkisyan rejiminin yalan üzərində qurduğu nağılın da ömrü çox olmayacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook