SON XƏBƏR

Rusiya, Azərbaycan və İran prezidentlərinin Soçi görüşü təxirə salındı

Avqust 12
21:28 2019
Rusiya prezidentinin mətbuat katibinin bildirdiyinə görə, Rusiya, Azərbaycan və İran prezidentlərinin Soçidə planlaşdırılan üçtərəfli görüşü təxirə salınaraq daha gec tarixə keçirilib.

Dmitri Peskovun bu bəyanatını Rusiyanın TASS xəbər agentliyi yayıb.

"Bu həftə keçirilməsi planlaşdırılan Rusiya, Azərbaycan və İran prezidentlərinin sammiti texniki səbəblərə görə daha geç tarixədək təxirə salınır", - Peskov deyib.

Azərbaycan, Rusiya və İran prezidentlərinin çərşənbə günü Soçidə yüksək səviyyədə görüşü gözlənilirdi.

Bundan əvvəl bu barədə Tehranda keçirilən "İran və Cənubi Qafqaz: tarix və əməkdaşlığın perspektivləri" konfransının açılışında məlumat verilmişdi.

İran Prezidenti Həsən Ruhaninin Soçidə baş tutmalı Azərbaycan-Rusiya-İran sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü olmalı idi.

İran və Rusiya mediasının məlumatına görə, Həsən Ruhani hər iki ölkədən olan həmkarı ilə görüşdə ikitərəfli münasibətlərin ən vacib məsələlərini müzakirə etməli idilər.

Soçi Sammitin nəticələrindən sonra birgə bəyanatın qəbul olunması gözlənilirdi.

Prezident İlham Əliyev sonuncu dəfə 2018-ci ilin martında İran Prezidenti Həsən Ruhani ilə, sentyabrında Rusiya Prezidenti Putinlə görüşüb. (BBC) 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook