SON XƏBƏR

“Rusiya azadlığımızı qan içində boğmağa hazırdır”

Yanvar 19
12:33 2017
Sərdar Cəlaloğlu: "Kreml hər zaman Azərbaycan insanının qanını töküb”

"Rusiya hər zaman azadlığımızı qan içində boğmağa hazır olub və bu gün də hazırdır”.
 
Bunu Moderator.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğu bildirib. Azərbaycan xalqının tarixdə bir neçə dəfə Rusiyanın zorakılığına məruz qaldığına diqqət çəkən S.Cəlaloğlu, Kremlin əzəli düşmənçilk niyətinin bu gün də davam etdiyini bidlirib:
 
"Sovet hakimiyyəti dönəmində Rusiya üç dəfə bu cür addım atıb. Azərbaycanda sovet hökumətinə qarşı qaldırılan üsyanların hamısı qan içində boğulub. 4 dəfə isə çar Rusiyası zamanı bu cür üsyanlar olub və Rusiya bu üsyanları da zor gücünə boğub. Bütün bunlar göstərir ki, Rusiya bizi öz köləsi etmək üçün insanlarımızın qanını tökməyə hazır olub və bu gün də hazırdır”.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook