SON XƏBƏR

Rusiya aviasiyası Suriyada 200-dən çox İŞİD terrorçusunu məhv edib

Avqust 21
09:24 2017
Rusiya Hava-Kosmik Qüvvələri Suriyada Deyr-ez-Zor şəhərinə gedən 200-dən çox İŞİD terrorçusunu məhv ediblər.
 
Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya müdafiə nazirliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki: "Rusiya HKQ aviasiyası İŞİD terror qruplaşmasının qruplaşmaq istədiyi Deyr-ez-Zor şəhərinə gedən böyük qrup terrorçunu məhv edib. HKQ-nin bombardmançı və ordu aviasiyası 20-dən artıq avtomobil, zirehli texnika, həmçinin tanklar məhv ediblər. Eyni zamanda 200-dən artıq terrorçu məhv edilib".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook