SON XƏBƏR

Rusiya 50 britaniyalı diplomatı ölkədən çıxaracaq

Mart 31
21:22 2018
Rusiyadakı britaniyalı diplomatların sayının Britaniyadakı rusiyalı diplomatların sayı ilə bərabərləşməsi üçün Böyük Britaniya diplomatik missiyasının 50-dən çox əməkdaşı vətəninə dönməlidir.
 
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova "Facebook” səhifəsində bildirib.
 
M.Zaxarova bundan əvvəl 23 rusiyalı diplomatın Britaniyadan çıxardığını xatırladıb. Londonun bu addımına cavab olaraq Moskva da 23 britaniyalı diplomatı ölkədən çıxarmışdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook