SON XƏBƏR

Rus politoloq: "Bakı ərazilərini qan tökmədən qaytara bilər"

Oktyabr 04
09:38 2018
Ermənistan yenə sallanır, görünür, bu ölkə aparıcı rus analitiklərin daha əvvəl xəbərdarlıq etdiyi kimi, vətəndaş müharibəsi astanasındadır.

Bu fikri Trend-ə tanınmış ekspert, teleaparıcı Yevgeni Mixaylov Ermənistanda baş verən son hadisələri şərh edərkən deyib.

Ermənistanda parlamentin buraxılmasını əngəlləməyi nəzərdə tutan qanun layihəsinin qəbul edilməsindən sonra Nikol Paşinyan insanları küçələrə çıxararaq spontan mitinq zamanı Çiçəklənən Ermənistan və Daşnaksütyun partiyalarından olan nazirlərin vəzifədən azad edildiyini və onların vəzifədən azad edilməsi ilə bağlı sərəncamın qüvvəyə minməsindən dərhal sonra özünün də istefaya gedəcəyini elan etdi.
 
Rus analitikin sözlərinə görə, hakimiyyətə populist şüarlarla gələn Paşinyanın vəziyyətə nəzarət etmək iqtidarında olmadığı bəlli olub.

"Paşinyan xalqın onu dəstəklədiyini bildirir, ancaq elə məhz həmin xalq da onu tarixin bir küncünə atacaq. Parlamentdə oturduqları halda oradan qovulması istənən vəkillərlə nominal olaraq qovulmuş nazirlərin öz mövqelerini belə rahatlıqla təhvil verməyəcəyi aydındır. Onların özləri də Paşinyanın bəyan etdiyi və reallıqda həyata keçirdiklərini bəyənməyən xalq kütləsinə sahibdir. Hazırki məqamda Ermənistanın millətçi qüvvələrinin əsas təmsilçisi sayılan daşnakların partiyasına qarşı mübarizə yenidən perspektivsizdir. Bu qüvvələrin təmsilçiləri digər partiyalardan, o cümlədən Respublikaçılar Partiyasından olan tərəfdarları ilə birlikdə güclü müqavimət göstərirlər”, - Mixaylov bildirib.

Ekspertin sözlərinə görə, Ermənistan hökuməti bir tərəfdən digər tərəfə sallanır, Paşinyanın parlamenti yenidən seçmək və nazirləri qovmaqla bağlı qərarları isə sadəcə onun hakimiyyətinin gücləndirilməsinə hesablanıb.
 
"O, gah Azərbaycanla bağlı təhdidlər səsləndirir və bu da millətçilərin xoşuna gəlir, gah da mövqeyini yumşaldır və bu zaman parlamentdə oturan millətçilər narazılıq edir. O ümid edir ki, xalq onu yeni parlament seçkilərindən sonra təkrar seçəcək və buna görə də belə əminliklə bir neçə nazirin qovulmasından dərhal sonra istefa verəcəyini elan edir. Təbii ki, bu, siyasi manevrdən başqa bir şey deyil”, - Mixaylov deyib.
 
Ekspertin fikrincə, tarix həmişə təkrarlanır və məxməri inqilablar həmişə öz qəhrəmanlarını məhv edir. Ermənistan bu dəfə ya xarici vasitəçilərin köməyi sayəsində şəraitin sabitləşməsi ilə inkişaf yoluna qədəm qoyacaq, ya da ölkədə vətəndaş müharibəsi xaosunun hökm sürməsi mümkündür.

"Belə bir qorxulu fikir də deyə bilərəm ki, Paşinyan həmçinin hələlik sakit şəkildə hadisələri müşahidə edən və vəziyyətdən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün istifadə etməyən Azərbaycana da müəyyən şərtlər daxilində müraciət edə bilər. Əslində, İrəvanda vəziyyət həddən artıq kritikdir. Burada Vladimir Putinin təxirə salınmış Ermənistan səfərini və Düşənbə sammitində Paşinyanla kifayət qədər qısa söhbətini xatırlamaq lazımdır. Düşünürəm ki, bunlar təsadüfən baş verməyib. Rusiya İrəvandakı hadisələrə qarışmır. Ancaq aydındır ki, Kremlin analitikləri Ermənistandakı daxili-siyasi vəziyyətin hazırkı inkişafını proqnozlaşdırıblar və rəsmi səfərləri gözlətmək qərarına gəliblər”, - ekspert əlavə edib.

Xülasə olaraq, Mixaylovun fikrincə, yaxın vaxtlarda Ermənistanın siyasi sabitliyini və xarici oyunçularla müzakirə imkanını əlində saxlaya biləcəyi, yoxsa yerli siyasi knyazların idarə edəcəyi ərazi görünüşünü qorumaqla dövlətçiliyini tamamilə itirəcəyi bəlli olacaq.

"Belə olan halda Bakı faktiki olaraq qan tökülmədən de-yure Azərbaycana məxsus olan Qarabağı geri qaytara bilər”, - Mixaylov fikrini tamamlayıb. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook