SON XƏBƏR

Rus ordusunda adi silahlar çatışmır - Xramçixin

May 19
00:51 2017
Rusiyanın Quru Qoşunları və Hava Desant Qüvvələrində adi silahlar (buraya kütləvi qırğın silahlarına aid edilməyən bütün odlu silahlar, raketlər, minalar və digərləri daxildir – red.) üçün xərclərin çoxaldılması doğru addımdır.
 
Axar.az xəbər verir ki, bunu "Rosbalt” agentliyinə açıqlamasında rusiyalı hərbi ekspert Aleksandr Xramçixin söyləyib.
 
"Bizim adi silahlarımız, demək olar ki, çatışmır. Sovet dövründən qalma "dəmir-dümür” isə kifayət qədərdir. Yeni texnika məsələsində də çatışmazlıq həddən artıq çoxdur. Xüsusilə, bu, ölkənin şərq hissəsində müşahidə edilir”.
 
Qeyd edək ki, Rusiya Quru Qoşunları və Hava Desant Qüvvələrinə adi silahlanma üçün ayrılan maliyyə vəsaitini 2,6 trilyon rubldan 4 trilyon rubla qədər artırıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook