SON XƏBƏR

Rus hərbçilər erməniləri təhqir edir – Sərkis Artsruni

İyun 19
14:08 2017
Rusiyanın hərbi bazası Ermənistandakı rus müstəmləkəçiliyininin rəmzi olmaqla yanaşı, həm də Gümrü üçün gərginlik ocağına çevrilib.
 
Axar.az xəbər verir ki, bu sözlər erməni yazar Sərkis Artsruninin "1in.am” saytında dərc olunan məqaləsində yer alıb.
 
"Hərbi baza korrupsiyalaşmış idarəetmə sayəsində Gümrüdə ən kriminogen mərkəzlərdən birinə çevrilib. Burada söhbət təkcə Permyakov cinayətindən getmir.
Ölkənin suverenliyinə hörmət edən hökuməti olmayanda kasıb kəndçidən heç nə gözləmək olmaz. Bu kasıb kəndçidən bir tərəfdən öz hakimiyyəti oğurlayır, digər tərəfdən isə bu kəndçini özünü dost adlandırıb, işğalçı kimi aparan ölkənin hərbçisi alçaldır. Praktik siyasət baxımından biz hazırda rus bazasının bağlanılması məsələsini qaldıra bilmərik, amma ruslardan özlərini işğalçı kimi yox, qonaq kimi aparmasını tələb edə bilərik”, - deyə o bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook