SON XƏBƏR

Rumıniyanın "Transgaz" şirkətinin rəhbəri Azərbaycana gəlib

Oktyabr 12
09:19 2017
Rumıniyanın "Transgaz” şirkətinin baş direktoru İon Sterianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.
 
"Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Rumıniya nümayəndə heyəti SOCAR-ın dəstəyilə bu gün Bakıda işə başlayacaq "Argus Media" beynəlxalq neft sammitində iştirak edəcək.  "Transgaz” şirkətinin Direktorlar Şurasının sədri İon Sterian Azərbaycana səfəri çərçivəsində hökumət və SOCAR rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
 
Qeyd edək ki, 2016-cı ilin iyulunda Rumıniya nümayəndə heyətinin Azərbaycana səfəri zamanı SOCAR və "Transgaz” arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook