SON XƏBƏR

Ruhlar uşaqlarla əlaqəyə girir - Qorxunc və sirli hadisələr

Mart 17
00:19 2017
ABŞ-da baş verən bir hadisə polis də daxil olmaqla hamını qorxuya salıb.Belə ki, Miciqan, Battle Creekdə 18 yaşlı oğulu ilə birgə yaşayan bir qadın səhər oyananda yanında 1 yaşlı uşaq olduğunu görür. Qadın uşağın yanına necə gəldiyini, kim olduğunu bilmədiyindən dərhal polisə xəbər verir. Əvvəlcə qadının 18 yaşlı oğlunun uşağı olduğundan şübhələnən polis bunun doğru olmadığını anlayanda geniş araşdırmaya başlayır. Uşağın anası tapılır. Ancaq uşağın o gecə oraya necə getdiyi barədə sirr pərdəsini açmaq mümkün olmur. 
 
Bu hadisənin ardından dünyanın müxtəlif ölkələrindən olan valideynlər uşaqları ilə bağlı qorxulu və sirli hadisələr danışmağa başladılar. 
 
1. Anam öləndə bacım uşaqlara bu xəbəri vermək üçün evə qayıtmışdı. Gördüyü reaksiya isə çox qəribə olmuşdu. Belə ki, uşaqlar bacıma "Sən nə danışırsan? Nənəmiz bütün gün bu salonda bizimlə oyun oynayıb” cavabını vermişdilər. 
 
2. Üç yaşlı qızımı otağında öz-öznüə gülərkən tutdum. Ona gülməli olan şeyin nə olduğunu soruşanda mənə "Vacib bir şey deyil, ana. Təkcə gözləri qaşıqla çıxaranda nə qədər komik bir səs çıxardığını xatırladım” dedi. 
 
3. 5 yaşlı qızım hələ uşaq bağçasına getmirdi və oxuyub-yazma da bilmirdi. Bir gün çəkdiyi rəsmi mənə göstərmək üçün yanıma gəldi. Kağızın üstündə iri və mükəmməl xəttlə "Sheilanı görürəm” sözləri yazılmışdı. Sheila qızım anadan olmadan qısa müddət əvvəl vəfat edən bacımın adıydı. Qızımdan kağızda yazını kimin yazdığını soruşanda heç bir fikri olmadığını dedi.
 
4. İlk uşağım dünyaya gəldiyindən bəri içinə qapalı, sakit və dalğın bir uşaq idi. İki yaşında bir gün onu hamamda güzgünün qarşısında dikildiyini gördüm. Onu izlədiyimi fərqində belə olmadı. Gözlərini qırpmadan güzgüdə öz gözlərinə baxıb "Hər şey çox yaxşı gedir” - dediyini eşitdim.
 
5. Qızım bir gün mənə "Ana, bir gün zombi olanda ən çox səni sevdiyim üçün ən sonda səni yeyəcəyəm” dedi.
 
6. İkinci uşağıma hamiləydim. Hazırda üç yaşında olan ilk uşağım boğazımdan aşağı enib bətnimdəki bacısını almaq istədiyini söylədi.
 
7. Üç yaşında olan qızım bir gün ağlamağa başladı və mənə o günün oğlunun müharibədə öldüyü gün olduğunu dedi. Başqa bir vaxtda isə mənim hamilə ikən ölən bir rəfiqəmin fotosunu göstərdi. Şəkildəki qızın yatması üçün ona mahnılar söylədiyini dedi. Rəfiqəm təhsilli bir opera sənətçisiydi.
 
8. Dörd yaşlı qızım otağında işıq sönülüykən yatmaqdan qorxur, çünki Jessienin otağın küncündə dayanıb ona baxdığını deyir. "Jessie kimdir” deyə soruşanda mənə gənc yaşlarda boğularaq ölən bir qadının ruhu olduğunu dedi. İnternetdə Jessie ilə bağlı axtarış verdim və 19 yaşındakı Jessica Jessie adlı qadın 2004-ci ildə sevgilisi tərəfindən boğularaq öldürüldüyünü öyrəndim.
 
9. Hazırda 16 yaşında olan oğlum beş yaşındaykən yemək masasında bir boşluğa baxaraq uzun müddət xəyala getdi. Bir neçə dəfə səslənsək də cavab vermədi. Uzun müddətdən sonra özünə gəldiyində "Az əvvəl öldüyünü gördüm. Çox xəstə yatmışdın və davamlı öskürürdün. Sonra 7 gün boyunca komada qaldın və ödün” dedi. Bunları dedikdən sonra sakit yeməyinə davam edən oğlumun komanın nə olduğunu bilməsi və neçə gün davam edəcəyini söyləməsi məni çox təəccübləndirmişdi. (Bəli, mən 7 gün boyunca komada qaldım)
 
10. Oğlum üç yaşında olanda ona hamilə ikən verdiyim qonaqlıqda çəkilmiş fotonu gördü. Fotodakı şəxsin babasının, yəni mənim atamın yanında oturduğunu dedi və dəvətlilərin hamısını düzgün saydı. Qnaqlıq 1998-ci ildə olmuşdu, atam isə 1992-ci ildə ölmüşdü.
 
11. Ən böyük oğlum üç yaşında bir gecə fəryad ataraq oyandı. "İti xilas edin. İtin canı ağrıyır” deyə bağırırdı. Ertəsi gün anamgilin iti pilləkənlərdən aşağı düşdü və ayağını qırdı. Bir neçə ay sonra isə uşaqlardan bəhs edərək oyandı və uşaqlıq şəkillərini görmək istədi. Yuxusunda qarnımda bir uşaq olduğunu və oğlan olduğunu gördüyünü söylədi. İki gün sonra səhər ürəkbulanmam başladı. Test etdim və hamilə olduğumu öyrəndim. Bir oğlum daha oldu.
 
12. Keçən gecə qızım mənimlə birlikdə yatırdı. Gecə tualetə getmək üçün qalxanda yarı yuxulu halda mənə baxdı və "tiktok, tiktok, tiktok” dedi. Geri gəlib yatağa yanına uzandım. Gecə barmağını alnımın ortasına dayayıb "Haradasa zamanı gəldi” deməsinə oyandım.
 
13. Qızım 3-4 yaşlarında olanda bir adam gördüyünü deyirdi. Adamın kübar olduğunu və onu oynatdığını deyirdi. Bir səhər yemək zamanı birdən yavaşca əlini uzatdı, gülümsədi, daha sonra yemək yeməyə davam etdi. Nə üçün belə etdiyini soruşanda mənə yenə o adamı gördüyünü söylədi. Daha sonra toy albomuma baxarkən şəkildə atamı işarə etdi və gördüyü adamın o olduğunu dedi. Çox təəccübləndim, çünki atam 7 il əvvəl, qızım anadan olmamışdan 3,5 il əvvəl ölmüşdü.
 
14. İkinci oğluma hamilə ikən keçmiş sevgilim evimizin alt küçəsində bir maşın qəzasında öldü. Adı Joshuaydı. Ərimin adı da Joshuaydı və övladımızın adını da Joshua qoymağa qərar verdik. Bir neçə ay əvvəl övladımla birlikdə yol qəzasının baş verdiyi yerdən keçirdik və işıqorda dayandıq. Oğlum pəncərədən bayıra işarə etdi və "Ana mənim adımı onun üçün qoydunuz?” -dedi. O zaman diqqətim dağınıqdı və nə danışdığını anlamağım zaman aldı. Kimdən bəhs etdiyini soruşdum və küncdə qolu sınıq bir adam gördüyünü söylədi. Təbii ki, orada kimsə yox idi. Oğlum həmin adamın adının da Joshua olduğunu və ona salam dediyini söylədi.
 
15. Uşaq (6 yaşında): "Ana, kabusları görürəm. Hazırda bir dənə görürəm”. Ana: "Həqiqətənmi? Ümid edirəm ki, yaxşı birisidir”. Uşaq: "Çox sayılmaz. Mənə səni sinəndən bıçaqlamağımı deyib”.
 
16. Uzun illər əvvəl beş yaşlı qızımı hələ o gün köçdüyümüz evdə yatarkən nəzarət etməyə getdim. Onu çarpayının üstündə uzun saçları üzünə tökülmüş vəziyyətdə düz oturduğun gördüm. Diksinərək yaxşı olub-olmadığını soruşanda gözünü belə qırpmadan başını qaldırdı və mükəmməl bir İngilis ləhcəsilə "Anacan, oyun oynamaq istəyirəm” dedi. Gülümsəyib başını cavab gözləyirmiş kimi yana əymişdi. Mən də səsimi başıma atıb qışqırdım, gedib atasını çağırdım.
 
17. Bir gün qızlarımdan biri digərindən gecələr otağında işıq yandırdığını  soruşduğunu eşitdim. Otağında çarpayının olduğu tərəfdə işıq gördüyünü deyirdi. Digər qızım isə tərəddüd belə etmədən "Böyük ehtimalla qoruyucu mələyini görmüsən. Mən hər gecə sənin qoruyucu mələyinin yatağının başında oturduğunu görürəm” dedi.
 
18. Üç yaşlı qızım kişi dostumun zirzəmidə ölü olduğunu dedi. Və əgər digəri də baxmamağa davam edərsə, onun da eyni yerə gedəcəyini əlavə etdi.
 
19. Bir neçə il əvvəl bir ailənin uşaqlarına dayəlik edirdim. Bir gecə anaları mənə zəng edib təcili onlara gəlməyimi söylədi. Uşaqlar oyananda onlarda olmağımı istəyirdi, çünki anası gözlənilmədən vəfat etmişdi. Səhər uşaqlara bir şey söyləmək istəmədim, çünki bütün uşaqlara ailə olaraq bərabər demək istəyirdilər. Səhər ilk oyanan dörd yaşlı qız "Nənəm öldü?” deyə soruşdu. Niyə belə dediyini soruşanda mənə "Çünki yuxumda mənə vida etməyə gəldi və bir mələk olduğunu dedi. Mələk nə deməkdir?” deyə cavab verdi.
 
20. Qızım pəncərədən çölə baxanda gülür və "ce-ee” edirdi. Nə etdiyini soruşanda nənəsi oyun oynadığını söylədi. Hansı nənəsi olduğunu soruşdum və "Sən onu tanımırsan. Şüşənin kənarında oturur. Səndən xoşu gəlmir” dedi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook