SON XƏBƏR

Ruhaninin qardaşı zaminə buraxıldı

İyul 18
12:41 2017
Maliyyə cinayətləri ittihamı ilə həbs olunan İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firidun zaminə buraxılıb.
 
"Report" İran KİV-inə istinadən xəbər verir ki, onun zaminə buraxılması üçün əvvəlcə 500 milyard rial (13,3 milyon dollar) tələb olunub.
 
Lakin son nəticədə məhkəmə girovun məbləğini 8,3 milyon dollara qədər azaltmağa razılaşıb.
 
Qeyd edək ki, İran prezidentinin qardaşı iyulun 16-da həbs olunmuşdu.
 
Xatırladaq ki, H.Firidun 2015-ci ildə ölkənin nüvə proqramı üzrə danışıqlarda İran prezidentinin xüsusi elçisi olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook