SON XƏBƏR

Ronaldoya rədd edilməyəcək təklif gəldi

İyun 09
17:40 2017
Çin klubu Kriştiano Ronaldonun transferi üçün "Real" Madridə fantastik məbləğ təklif edib.

Sport7.az xəbər verir ki, hələlik adı açıqlanmayan Çin klubunun nümayəndələri gələn həftənin əvvəlində Madridə səfər edəcək. Onların məqsədi "Real"ın prezidenti Florentino Pereslə görüşməkdi. Çinlilər Portuqaliya millisinin üzvünə görə "Real"a 200 milyon avro təklif edirlər. Futbolçunun özünün illik maaşı isə 120 milyon avro olacaq.

Xatırladaq ki, daha öncə PSJ, "Mançester Yunayted" və "Monako" Ronaldo üçün "Real"a 180 milyon təklif etmişdilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook