SON XƏBƏR

Ronaldo: "Real"la yeni müqavilə bağlamaq istəmirəm"

Noyabr 02
13:28 2017
"Real”ın hücumçusu Kriştianu Ronaldo klubla yeni müqavilə bağlamaq fikrində deyil.
 
Qlobal.az Apasport-a istinadən xəbər verir ki, bu barədə ulduz futbolçu İspaniya mətbuatına açıqlamasında deyib.
 
"Kral klubu”nda işlərinin qaydasında getdiyini bildirən portuqaliyalı superulduz yeni saziş bağlamaq fikrində olmadığını söyləyib: "Real”da işlərim əla gedir. Bu klubla müqaviləm 4 illikdi. Onu yeniləmək istəmirəm ”.
 
Qeyd edək ki, Kriştianu Ronaldonun "Real”la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook