SON XƏBƏR

Romelu Lukaku “Mançester Yunayted”ə transfer olundu

İyul 11
05:20 2017
"Mançester Yunayted” "Everton”dan transfer etdiyi Belçika yığmasının hücumçusu Romelu Lukakunun transferini keçidini rəsmən açıqlayıb.

Apasport.az-ın məlumatına görə, bu barədə "qırmızı şeytanlar”ın saytı xəbər yayıb. Tərəflər 5+1 şərti ilə müqavilə imzalayıblar.

İngiltərə mətbuatının yazdığına görə, "MY” vaxtilə Joze Mourinyonun rəhbərliyi altında "Çelsi”də oynamış futbolçuya görə "Everton”a 75 milyon funt-sterlinq təzminat ödəyib.

Qeyd edək ki, 24 yaşlı forvard Belçika millisində 59 qarşılaşmada 23 qola imza atıb. O, geridə qalan mövsümdə Premyer Liqada 37 oyun keçirib, 25 qol vurub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook