SON XƏBƏR

Robert Prosineçki bukmekerdə 10 min dinar uduzub

Aprel 28
11:50 2017
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki maraqlı addımla diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, xorvatiyalı çalışdırıcı Serbiyada futbol oyunlarına pul qoyuluşu edib.

Belə ki, o, "Mozzartbet”ə dünənki 5 görüşlə bağlı proqnozlarını yazıb. Prosineçki Danimarka kubokunun "Vendsissel” – "Kopenhagen” (0:2) matçında qonaqların qələbə qazanacağını, Belçika çempionatının "Anderlext” – "Şarlerua” (0:1) görüşündə "üst” variantının gələcəyini, yəni minimum 3 qol vurulacağını ehtimal edib.

48 yaşlı mütəxəssis İspaniya La Liqasında "Sevilya” – "Selta” (2:1) oyununda ev sahiblərinin qələbə qazanmaq şansının üstün olduğunu qeyd edib. "Atletik” – "Betis” (2:1) matçında "üst” variantının gələcəyini düşünən Prosineçki İngiltərə çempionatında "Mançester Siti” – "Mançester Yunayted” (0:0) qarşılaşmasında hər iki tərəfin qol vuracağını proqnozlaşdırıb.

Bu kupona 10 min Serbiya dinarı məbləğində pul yatıran Prosineçki qalib gələcəyi halda, əmanətini 8,10 faiz artıracaqdı və qazandığı məbləği Zablaçe şəhərindəki məktəbə humanitar yardım kimi bağışlayacaqdı. Lakin onun təxmin etdiyi 5 görüşdən 3-ü düz gəlib. Yığmamızın baş məşqçisi "Anderlext” – "Şarlerua” matçı və Mançester derbisi ilə bağlı düzgün təxmin irəli sürməyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook