SON XƏBƏR

Robert Koçaryan həbs olunacaq

İyul 27
00:26 2018
Ermənistanda 2008-ci il martın 1-də 10 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyaların dağıdılmasına dair cinayət işi çərçivəsində sabiq prezident (1998-2008) Robert Koçaryana qarşı konstitusion quruluşun devirməsi ittihamı irəli sürülüb.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatında bildirilir.  

Qeyd edək ki, bir neçə saat əvvəl Robert Koçaryan şahid qismində dindirilmişdir. 

Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar artıq məhkəməyə vəsatət təqdim edilib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan qeyd olunan cinayət işi çərçivəsində konstitusion quruluşun devirməsi ittihamı ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində axtarış elan edilib.  

Bu gün həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov da  Ermənistan Xüsusi İstintaq Xidməti tərəfindən dindirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook