SON XƏBƏR

Robert Köçəryan Yerevandakı həbsxanada saxlanılır

Dekabr 08
11:08 2018
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan məhkəməni qərarı ilə həbs edilib və Yerevandakı "Kentron” həbsxanasında saxlanılır.
 
Virtualaz.org xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan "Azadlıq” radiosunun erməni redaksiyasına bildirib.
 
Qeyd edək ki, R.Köçəryan konstitusiya quruluşunu dəyişmək üçün başqa şəxslərlə qabaqcadan əlbir olmaqda ittiham olunur. İyulun 28-də Yerevan məhkəməsi 2008-ci ilin mart hadisələrində törədilən cinayətə görə onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilməsinə dair qərar qəbul etmişdi. Sonradan Apellyasiya məhkəməsi bu qərarı ləğv etmiş və səbəb kimi Köçəryanın "toxunulmaz” şəxs olduğunu göstərmişdi. Lakin dünən eks-prezidentin vəkili onun yenidən həbs edildiyini xəbər verib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook