SON XƏBƏR

"Rixos Quba" hotelində kanat qırıldı: 1 nəfər öldü, 2 nəfər yaralandı

İyul 09
14:00 2018
Quba rayonunda bədbəxt hadisə baş verib.

Qlobal.az APA-ya istinadən xəbər verir ki, Qubadakı hotellərdən birində kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.

Quba rayon sakinləri, 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 
Əldə etdiyimiz məlumata görə hadisə Qubanın məşhur "Rixos" hotelində baş verib. Xəstəxanadan Qaynarinfo-ya bildirilib ki, yaralılardan birinin vəziyyəti yüngül, digərininki isə orta yüngüldür.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook